Mart 02, 2017 13:28 Asia/Baku
  • Rusiya hökumətinin
    Rusiya hökumətinin "dopinq" fenomeni ilə mübarizə proqramı

Rusiya prezidenti bu ölkə hökumətinin idmanda "dopinq"lə mübarizə üçün proqramlarını elan edib.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Krasnoyarsk şəhərində Rusiyada dopinqin proqramlı şəkildə olduğu haqda irəli sürülən iddiaları təkzib edib: Moskva bu fenomenlə mübarizə aparır və onu heç vaxt dəstəkləməyib. 

Rusiya prezidenti bu ölkədə heç bir dövlət qurumunun dopinqi dəstəkləmədiyini deyib: Rusiya hökuməti bu fenomenlə mübarizəni artıracaq. 

Rusiya prezidenti Ümumdünya Antidopinq Agentliyinin Uyğunluq Komitəsinin funksiyasında çatışmazlıqların olduğunu deyib: Rusiya hökuməti bu təşkilatın tövsiyələrinə toxunub. 

Rusiya prezidentinin sözlərinə görə, bir qrup rus idmançının dopinq testi düzgün şəkildə müsbət elan olunub. Bir sıra çatışmazlıqlar vardır ki, Moskva onları aradan qaldırmalı idi. 

Beynəlxalq Olimpiya Komitəsi Rusiya hökumətinin proqramı və dopinqin mütəşəkkil olduğunu iddia edərək bir qrup rus idmançını 2016-cı il Ro De Janeyro Yay Olimpiya Oyunlarına qatılmaqdan məhrum etdi. 

Rusiya idmançılarının dopinq ittihamı haqda araşdırma komitəsi bundan öncə bir hesabatda bildirmişdi ki, Rusiyanın mindən çox olimpiya və paralimpiya idmançısının mütəşəkkil dopinqdə rolu olub. 

Rusiya hökuməti də sənədlər yayımlayaraq bəzi avropalı və amerikalı idmançıların da dopinqdən istifadə etdiyini ifşa edib. 

Teqlər