Rusiya Amerikaya xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i261412-rusiya_amerikaya_xəbərdarlıq_edib
Rusiya prezidentinin sözçüsü ABŞ dövlətinə bu ölkənin baş prokurorluğu ilə əlaqədar qalmaqallar barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2017 06:59 Asia/Baku
  • Rusiya Amerikaya xəbərdarlıq edib
    Rusiya Amerikaya xəbərdarlıq edib

Rusiya prezidentinin sözçüsü ABŞ dövlətinə bu ölkənin baş prokurorluğu ilə əlaqədar qalmaqallar barədə xəbərdarlıq edib.

İRİB-in verdiyi məlumata görə, Rusiya prezidentinin sözçüsü Dmitri Piskov deyib: ABŞ-ın baş prokuroru Cef Sşenzin Rusiyanın Vaşiniqtondakı səfiri Sergey Kisiliyak ilə görüşlərinin qalmaqala səbəb olması Rusiya ilə Amerika əlaqələrinin soyuqlaşmasına gətirib çıxarıb. 

Piskov Rusiya səfiri ilə Amerikanın baş prokrorunun ötən ilki görüşlərindən xəbərsiz olduğunu deyib. 

Sşenz və Kisilyakın ötən il görüşü barədə məlumat yayılması Rusiyaın Amerikada seçkilərə müdaxiləsi barədə iddia xüsusunda qalmaqallara səbəb olub. 

ABŞ konqresi Sşenzdən istəyib ki, Rusiya səfiri ilə görüşünün təfərüatını açıqlasın və beləliklə Rusiyanın seçkilərdə müdaxiləsi barədə təhqiqatlar davam etdirilsin. 

Eyni zamanda Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib: Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ-ın vəzifəli adamları ilə görüşlərə münasibət bildirməyəcək.