Kreml ABŞ rəsmilərinin rus səfiri ilə təmaslarına reaksiya verdi
Kreml ABŞ rəsmilərinin Rusiyanın Vaşinqtondakı səfiri ilə təmaslarını "kölgələrin ovu" adlandırıb.
İRNA-nın məlumatına görə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov cümə günü ABŞ medialarının prezident Donald Trampın ətrafındakıların Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kisilyakla təmasda olmasına dair məlumatlarını boş hay-küy adlandırıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova da bu barədə deyib: ABŞ medialarında iddiaların irəli sürüldüyü onlarla məqalədən söz gedir. Məqalələrdə bildirilir ki, rus diplomatları casusdurlar və casuslar icarəyə götürmək üçün fəaliyyət göstərirlər.
Zaxarovanın sözlərinə görə, hazırda belə bir sual yaranır. Ən aşağı səviyyəsinə enmiş qərb mediaları bundan da aşağı süqut edəcəkmi?
Amerikanın bəzi mediaları, o cümlədən CNN və Nyu-York Tayms son həftələrdə Tramp hökuməti rəsmilərinin Rusiya səfiri ilə təması haqda məlumatlar yayımlayıblar.
Vaşinqton-Post ötən həftə çərşənbə günü bir məqalədə ABŞ ədliyyə nazirinin rus səfiri ilə görüşü haqda məlumat verib.