Rusiya, ABŞ və Türkiyənin Suriya ilə bağlı anlaşması
-
Rusiya, ABŞ və Türkiyənin Suriya ilə bağlı anlaşması
Rusiya Müdafiə Nazirliyi bu ölkə ilə Amerika və Türkiyə arasında Suriya barədə önləyici hərbi anlaşmanın əldə edilməsindən xəbər verib.
İRNA-nın məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bildiribk ki, Suriyada hərbi əməliyyatlar icra edən 3 ölkə olaraq Rusiya, Amerika və Türkiyə öz qüvvələri arasında hər hansı bir qarşıdurmanı önləmək məqsədi ilə razılığa gəliblər.
Bu anlaşma Rusiya, Amerika və Türkiyə silahlı qüvvələri baş qərargah rəisləri general Valeri Gerasimov, general Cozef Danford və general Xülusi Akar arasında baş tutan üçtərəfli görüşdə əldə olunub.
Rusiya Müdafiə Nazirliyi bildiribki, Suriyada təhlükəsizlik məsələləri və terrorizm ilə mübarizə mövzusunda keçirilən bu iclasda Suriyanın hazırkı təhlükəsizlik durumu və terrorçu qruplaşmalara qarşı mübarizə mövzusu araşdırılıb.
Rusiya, Amerika və Türkiyə silahlı qüvvələri baş qərargah rəisləri Suriyadakı hərbi əməliyyatlar zamanı hansısa hadisənin baş verməməsi üçün daha artıq tədbirlərin görülməsinə təkid ediblər.