Trampın yeni viza məhdudiyyəti də havaya uça bilər
-
Trampın yeni viza məhdudiyyəti də havaya uça bilər
Trampın yeni viza məhdudiyyəti də hüquqi problemlər ilə üzləşib.
Havay Ştat Prokurorluğu Trampın 6 ölkə vətəndaşlarının Amerikaya girişini qadağan edən 2-ci qərarının ləğv edilməsi barədə məhkəməyə müraciət etməyə hazırlaşır. Trampın yeni imzaladığı qərara əsasən İran daxil olmaqla 6 ölkə vətəndaşlarına vizanın verilməsi 90 gün müddətinə dondurulmuş olacaq. Trampın bundan öncəki qərarı Minosota Federal Məhkəməsi tərəfindən ləğv edilmişdi.
Havay Trampın yeni qərarını havaya sovurmaq istəyir. Ümumi məsafəsi 3600 km olan və ABŞ-ın 50-ci ştatını təşkil edən Havay adalarının yerli məhkəmə rəsmiləri Trampın viza məhdudiyyəti ilə bağlı ikinci qərarını ləğv etmək niyyətində olduqlarını açıqlayıblar. ABŞ-ın qalmaqallı prezidenti 3 gün öncə İran, Suriya, Somali, Yəmən, Sudan və Liviya daxil olmaqla 6 ölkə vətəndaşlarına vizanın verilməsini 90 gün müddətinə dayandıracaq bir qərar imzalayıb. Trampın yeri qərarında İraqın adı daha öncə vətəndaşlarının ABŞ-a girişi qadağan edilmiş ölkələrin siyahısından çıxarılıb. Həmçinin, yeni qərar daha öncədən viza almış və ya “Yaşıl Kart”a malik olan şəxslərə şamil edilmir. Bu qərar bir həftə sonra icra edilməlidir və ölkəyə giriş nöqtələrində problemlər yaranmasın deyə bütün əlaqədar qrumlar lazımi tədbirlərin görülməsinə hazır vəziyyətə gətirilməlidirlər.
Amma, Trampın 2-ci qərarı da ABŞ xalqı və məhkəmə rəsmilərinin etirazları ilə üzləşib.
Trampın bu qərarına qarşı çıxan ABŞ vətəndaşları deyir: Trampın yeni qərarı cüzi fərqlərlə öncəki fərmanın təkrarı sayılır. Bu qərar da öncəki kimi yanlış bir qərardır. Bu faşizimdir və təhlükəsizlik ilə heç bir əlaqəyə malik deyil.
Daxili etirazlarla yanaşı, Trampın rasist qərarı İnsan Haqları Şurasının İsveçrədə baş tutan iclasının da gündəmini təşkil edirdi.
BMT İnsan Haqları Şurasının Ali Kamisarı Zeyd Əbdülhüseyn Trampın son fərmanına reaksiya olaraq deyib:
"ABŞ üzləşdiyi problemlərin öhdəsindən gəlmək üçün daha güclü bir dövlət başçısına ehtiyaclıdır. Meksikalılar və ya müsəlmanlar kimi bir toplumu kütləvi şəkildə düşmən qələmə vermək və mühacirlərin ABŞ-ın yerli sakinlərindən daha artıq cinayət törətdiklərini iddia etmək əcnəbilərə qarşı zorakılıqların artmasına rəvac vermiş olacaq. Bu kimi rəftarlar beynəlxalq qanunlara ziddir."
Trampın 40 gün öncə viza məhdudiyyəti ilə bağlı imzaladığı ilk qərarı Vaşinqton və Minosota ştatlarının məhkəmə rəsmilərinin şikayəti əsasında ləğv edildi. Amma, Tramp məğlubiyyətini qəbul etmək istəməyərək, viza məhdudiyyəti ilə bağlı ikinci fərmanı imzaladı. Bu dəfə isə Havay ştatının məhkəmə rəsmiləri Trampın yeni qərarını öncəki fərmanın yanına, yəni, zibil vedrəsinə göndərmək istəyirlər. Belə olarsa, Trampın oxu bu dəfə də daşa dəymiş olacaq.