Türkiyə prezidentinin Rusiyaya səfəri
-
Türkiyə prezidentinin Rusiyaya səfəri
Türkiyə prezidenti Türkiyə-Rusiya Yüksək Səviyyədə Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün bu gün Moskvaya səfər edib.
Anadolu xəbər agentliyinin məlumatına görə, Türkiyə-Rusiya Yüksək Səviyyədə Əməkdaşlıq Şurasının 5-ci iclası Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin iştirakı ilə Moskvada keçirilir.
Bu iclasda Rusiya qırıcısının 2016-cı il noybarın 24-də Türkiyə tərəfindən vurulub yerə salınmasından sonra iki ölkənin iqtisadi və siyasi münasibətlərinin genişləndirilməsi yolları, mühüm regional hadisələr, xüsusən Suriya böhranı nəzərdən keçiriləcək.
Türkiyənin xarici işlər, ədliyyə, iqtisadiyyat, müdafiə, nəqliyyat, energetika və təbii ehtiyatlar, kənd təsərrüfatı və mədəniyyət nazirləri, eləcə də Türkiyə silahlı qüvvələrinin baş qərargah rəisi bu ölkənin prezidenti Rəcəb Tayyıb Ərdoğanı Moskva səfərində müşayiət edirlər.