Ərdoğan və Putin Suriya böhranı haqda məşvərət ediblər
-
Ərdoğan və Putin Suriya böhranı haqda məşvərət ediblər
Türkiyə və Rusiya prezidentləri görüşərək, Suriya böhranı haqda məşvərət ediblər.
Pars Today-in məlumatına görə, Moskvada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün rus həmkarı Vladimir Putinlə görüşərək, onunla Suriya olayları barədə danışıb.
Putin Kremldə keçirilən bu görüşdə deyib ki, iki ölkə Suriya böhranı daxil olmaqla beynəlxalq böhranların həlli üçün fəalcasına həmkarlıq edir və hazırda da hərbi və kəşfiyyat səviyyələrində yaxşı əlaqələr qurubdur.
Rusiya prezidenti Suriya böhranının həlli istiqamətində Moskvanın Ankara ilə əməkdaşlığı davam etdirəcəyini bildirərək, vurğulayıb ki, bu həmkarlıq iki ölkənin orduları arasında mövcud olan etimada söykənir.
Rəcəb Tayyib Ərdoğanın Moskva səfəri gedişində ikitərəfli əlaqələr, Suriya böhranı, eləcə də müxtəlif regional məsələlərdə ikitərəfli anlaşma barədə müzakirələr keçiriləcək.
Bu görüş iki ölkə prezidentlərinin son yeddi ay ərzində dördüncü görüşüdür.
Türkiyə və Rusiya prezidentləri həmçinin İŞİD ilə mübarizə barədə müzakirə aparacaqlar.