Vaşinqtonda Trampın yeni viza məhdudiyyəti qanunu əleyhinə aksiya keçirilib
-
Vaşinqtonda Trampın yeni viza məhdudiyyəti qanunu əleyhinə aksiya keçirilib
ABŞ vətəndaşları bu ölkə prezidenti Donald Trampın 6 müsəlman ölkəsi vətəndaşlarına qarşı viza məhdudiyyəti tətbiq edən yeni fərmanına etiraz olaraq, Ağ Ev qarşısında aksiya keçiriblər.
İRİB-nin verdiyi məlumata görə, yüzlərlə amerikalı müsəlman şənbə günü ictimai və siyasi fəallar ilə birlikdə Vaşinqtonda, Ağ Ev qarşısında piket keçirərək, prezident Trampın 6 müsəlman ölkəsi vətəndaşlarına qarşı viza məhdudiyyəti tətbiq edən eyni fərmanına etiraz edib.
Piket iştirakçıları viza məhdudiyyəti əleyhinə şüarlar yazılmış plakatlara malik olublar.
Donald Trampın yeni viza məhdudiyyəti dünyada geniş etirazlara yol açıb.
ABŞ prezidenti viza məhdudiyyəti ilə bağlı yeni fərman imzalasa da, bəzi məhkəmə hakimləri və ştat rəsmiləri bu fərman ilə müxalifət edirlər.