Rusiya və Türkiyə xarici işlər nazirlərinin Astana müzakirələri haqda məşvərəti
https://azeri.sahartv.ir/news/dünya-i262424-rusiya_və_türkiyə_xarici_işlər_nazirlərinin_astana_müzakirələri_haqda_məşvərəti
Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu dördüncü dövrü bu gün Astanada başlanan Suriya məsələsinə həsr olunmuş müzakirələr barədə telefonla məşvərət ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 14, 2017 05:59 Asia/Baku
  • Rusiya və Türkiyə xarici işlər nazirlərinin Astana müzakirələri haqda məşvərəti
    Rusiya və Türkiyə xarici işlər nazirlərinin Astana müzakirələri haqda məşvərəti

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu dördüncü dövrü bu gün Astanada başlanan Suriya məsələsinə həsr olunmuş müzakirələr barədə telefonla məşvərət ediblər.

IRNA-nın məlumatına görə, dünən axşam həyata keçirilmiş bu telefon danışığında Suriya məsələsi və bu barədəki müzakirələrin gedişi barədə fikir mübadiləsi aparılıb.

Bununla bağlı, Rusiya Xarici İşlər Nazirliyi belə qeyd edib: İki tərəf Astana iclasının hazırlıq prosesi, Suriyada atəşkəs rejimilə bağlı razılaşmaların icrası və Suriya müzakirələrinin bərqərarını faydalı adlandırıb və Rusiya və Türkiyə prezidentlərinin son Moskva görüşünün nəticələrinə əsasən hazırkı şəraiti dəyərləndiribdir.

Astana iclası bu gün Qazaxıstan paytaxtında suriyalı tərəflər, eləcə də Rusiya, İran və Türkiyə nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Çoxtərəfli Astana müzakirələrinin ilk dövrü Rusiya, İran və Türkiyənin təşəbbüsü və Suriyadan olan dövlət və silahlı qüvvələr nümayəndələrinin iştirakı ilə yanvarın 23-ü və 24-də keçirilib və ilk dəfə olaraq, Suriyanın qanuni dövlətinin nümayəndələri silahlı müxalifət nümayəndələri ilə üz-üzə müzakirə aparıblar.