Astanada İran, Türkiyə və Rusiyanın danışıqları davam etdirilib
https://azeri.sahartv.ir/news/dünya-i262554-astanada_İran_türkiyə_və_rusiyanın_danışıqları_davam_etdirilib
İran, Rusiya və TürkiyəninSuriya böhranının həlli üzrə üçtərəfli danışıqlarının ikinci turu Qazaxıstanın Astana şəhərində keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2017 11:59 Asia/Baku
  • Astanada İran, Türkiyə və Rusiyanın danışıqları davam etdirilib

İran, Rusiya və TürkiyəninSuriya böhranının həlli üzrə üçtərəfli danışıqlarının ikinci turu Qazaxıstanın Astana şəhərində keçirilib.

İSNA-nın məlumatına görə, Astana müzakirələrinin üçüncü turu çərçivəsində Rusiya, Türkiyə və İranın müştərək iclasının 2-ci günündə, Rusiya prezidenti Vladimir Putinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, Türkiyə xarici işlər nazirinin müavini Sedat Unal və İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri məsələləri üzrə müavini Hüseyn Cabiri Ənsari çərşənbə günü əsas iclasın məsələləri, növbəti Astana iclasının tarixi və proqramı, eləcə də Astanada keçiriləcək iki iclas arasında üç ölkənin ekspert iclaslarının təşkil olunması haqda fikir mübadiləsi aparıblar.

İran, Rusiya və Türkiyənin üçtərəfli danışıqlarının ilk günü ötən gün Astana şəhərində Tehran-Moskva və Tehran-Ankara arasında ikitərəfli məsləhətləşmələrdən sonra keçirilib.

Suriya sülh müzakirələrinin ilk turu 23-24 yanvar, ikinci turu 15-16 fevralda Qazaxıstan paytaxtı Astana şəhərində keçirilib.

Bu gün Suriya sülh müzakirələrinin üçüncü əsas turu İran, Rusiya və Türkiyə, eləcə də İordaniyanın nümayəndələri, Suriya hökumətinin nümayəndəsi Bəşşar Cəfəri və BMT-nin nüamyəndəsinin iştirakı ilə Astanada keçiriləcək.

Cabiri Ənsari bazar ertəsi günü Astana-3 müzakirələrində iştirak etmək üçün bu şəhərə gəlib.

Suriya böhranı 2011-ci ildən Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terror qruplaşmalarının Suriya prezidenti Bəşşar Əsədin qanuni hökumətini devirmək məqsədilə bu ölkəyə irimiqyaslı hücumları nəticəsində başlanmışdır.