Amnistiya Təşkilatı Avropa Ali Məhkməsinin rəyini tənqid etdi
Beynəlxalq Amnistiya Təşkilatı iş yerlərində işçilərin hicab örtüyü və ya dini simvollardan istifadənin qadağan olunması haqda Avropa Ali Məhkəməsinin rəyini tənqid edib.
İRİB-in məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatı bildirib: Avropa Ali Məhkəməsinin bu rəyi əslində dini inanclarına əsasən qadın və kişilərə qarşı ayrı-seçkilik hərəkətlərinin tətbiq olunması üçün sahibkarlara əlavə sərbəstlik verir.
Beynəlxalq Amnistiya Təşilatı bütün ölkələrdən bu qərara qarşı hərəkətə keçmələrini istəyib.
Avropa Ali Məhkəməsi bir qərarda islam hicabını islam simvolu olaraq qeyd edib.
Bu, iş yerlərində qadınlar üçün islam hicabı ilə bağlı məhdudiyyətlərin yaradılması ilə əlaqədar Avropa Ali Məhkəməsinin ilk qərarıdır. Belə ki, islam hicabına riayət etdikləri üçün iş yerlərindən qovulduqlarına görə Fransa və Belçikada iki müsəlman qadının işi ilə əlaqədar verilmişdir.
Hüquq fəalları Avropa Ali Məhkəməsinin qərarını BMT insan haqları əsasnaməsində qeyd olunan fərdi azadlıqlara zidd hesab edirlər.
Avropa dövlətləri, o cümlədən Fransa və Almaniya son aylar müsəlmanlar, xüsusilə də islam hicabına riayət olunması haqda böyük məhdudiyyətlər tətbiq etmişlər.