Rusiyanın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb
https://azeri.sahartv.ir/news/dünya-i263366-rusiyanın_müvəqqəti_işlər_vəkili_türkiyə_xİn_ə_çağırılıb
Suriyanın şimalında bir Türkiyə hərbçisinin öldürülməsinin ardınca Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırtdıraraq, Ankaranın bu barədəki etirazını ona elan edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 23, 2017 14:42 Asia/Baku
  • Rusiyanın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb
    Rusiyanın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb

Suriyanın şimalında bir Türkiyə hərbçisinin öldürülməsinin ardınca Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırtdıraraq, Ankaranın bu barədəki etirazını ona elan edibdir.

NTV kanalının məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü xəbərdarlıq edib ki, bu cür hərəkətlərin davam edəcəyi halda, Ankara cavab tədbirləri görəcək.

Hüseyn Müfti oğlu deyib: Ankara Moskvanın YPG-nın Rusiyadakı ofislərini bağlamaq istiqamətində addım atmasını gözləyir.

YPG, PKK-nın Suriyadakı şaxəsi olan PYD-nin hərbi qoludur.

Türkiyə ordusunun qərargahı bildirib ki, dünən Suriyanın şimalındakı YPG qüvvələrinin Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunun Bükülmez sərhəd postuna atəş açmaları nəticəsində bu ölkənin bir hərbçisi öldürülüb.