C.Osetiyanın Rusiyaya qatılması üzrə referendum keçiriləcək
https://azeri.sahartv.ir/news/dünya-i263592-c.osetiyanın_rusiyaya_qatılması_üzrə_referendum_keçiriləcək
Qondarma Cənubi Osetiya Respublikasının parlament sədri bu məntəqənin Rusiyaya qatılması üzrə referendumun qarşıdakı günlərdə keçirilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 25, 2017 16:47 Asia/Baku
  • C.Osetiyanın Rusiyaya qatılması üzrə referendum keçiriləcək
    C.Osetiyanın Rusiyaya qatılması üzrə referendum keçiriləcək

Qondarma Cənubi Osetiya Respublikasının parlament sədri bu məntəqənin Rusiyaya qatılması üzrə referendumun qarşıdakı günlərdə keçirilməsindən xəbər verib.

Ria-Novostinin məlumatına görə, Qondarma Cənubi Osetiya Respublikasının parlament sədri Anatoli Biblov bu gün deyib ki, bu barədə referendum 2017-ci ildə Cənubi Osetiyada prezident seçkiləri keçiriləndən sonra təşkil oluna bilər.

Qondarma Cənubi Osetiya Respublikasının prezidenti Leonid Tibilov da bundan öncə bu məntəqənin Rusiyaya qatılması üzrə referendumun keçirilməsi ehtimalından xəbər vermişdi.

Cənubi Osetiya məntəqəsi 1991-ci ildə birtərəfli surətdə Gürcüstandan öz istiqlaliyyətini elan etdi və o zamandan bəri bu məntəqə üstündə münaqişə davam edir.

Gürcüstan rəsmiləri dəfələrlə Cənubi Osetiya məntəqəsinin istiqlaliyyəti və ya Rusiyaya qatılması ilə öz müxalifətlərini elan ediblər.