Mart 26, 2017 09:54 Asia/Baku
  • İsveçrə səfirinin müavini Türkiyə XİN-ə çağırılıb
    İsveçrə səfirinin müavini Türkiyə XİN-ə çağırılıb

İsveçrə paytaxtı Berndə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə şüarın səsləndirilməsi ardınca, Türkiyə Xarici İşlər Nazirliyi İsveçrənin Ankaradakı səfirinin müavinini XİN-ə çağırtdırıb.

İRNA-nın məlumatına görə, Bern şəhərində bir qrupun Türkiyə hökumətinin siyasətləri əleyhinə aksiyanın keçirməsi və Rəcəb Tayyib Ərdoğan əleyhinə şüar səsləndirməsi ardınca, İsveçrənin Ankaradakı səfirinin müavinini çağırtdırıb və Türkiyənin etirazını ona bildirib. 

Türkiyə XİN İsveçrə səfirinin Ankarada olmadığına görə, onun müavinini çağırtıdırb və İsveçrə hökumətinin yazılı izahat verməsini istəyib və bildirib ki, o sabah da yenidən XİN-ə çağırtdırılacaq. 

Sayı təxminən 250 nəfər olan bir qrup Bern şəhərində İsveçrə Federal Parlamentinin binası qarşısına toplaşaraq Ərdoğanın şəkillərini əllərində tutub və onu ölümlə hədələyib. Həmçinin Türkiyədə konstitusiyaya dəyişikliklər üzrə referenduma yox deyiblər. 

Ötən həftə şənbə günü də Almaniyanın Frankfurt şəhərində keçirilən etiraz aksiyasında Türkiyə hökumətinə müxalif minlərlə nəfər prezident və referendum əleyhinə şüarlar səsləndirib. 

Türkiyədə konstitusiyaya dəyişikliklər üzrə referendum 16 apreldə keçiriləcək. 

Teqlər