AB Donald Trampın iqlim siyasətlərinə reaksiya verib
https://azeri.sahartv.ir/news/dünya-i263980-ab_donald_trampın_iqlim_siyasətlərinə_reaksiya_verib
Avropa Birliyinin enerji komissarı ABŞ prezidentinin Ağ evin iqlim siyasətlərinə yenidən baxmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 29, 2017 16:25 Asia/Baku
  • AB Donald Trampın iqlim siyasətlərinə reaksiya verib
    AB Donald Trampın iqlim siyasətlərinə reaksiya verib

Avropa Birliyinin enerji komissarı ABŞ prezidentinin Ağ evin iqlim siyasətlərinə yenidən baxmasını istəyib.

İRNA-nın verdiyi məlumata görə, AB-nin enerji komissarı Migel Arias Kanite bu gün ABŞ prezidenti Donald Trampın yer kürəsinin istiləşməsi ilə mübarizə üzrə ölkəsinin siyasətlərini ləğv etmək təşəbbüsündən təəssüfləndiyini bildirərək deyib: Amerika iqlim dəyişiklikləri ilə mübarizə barədə Paris razılaşmasına əməl etməlidir. 

Avropa Birliyinin enerji komissarı deyib: Paris razılaşması iş yerlərinin yaradılması, sərmayə qoyuluşuna təkan verilməsi və iqtisadi inkişaf üçün bir yol hesab olunur və AB onun qarşısındakı öhdəliklərinə sadiqdir. 

Donald Tramp dünən imzaladığı yeni fərmanda daş yanacaqdan istifadəyə qoyulmuş məhdudiyyətləri ləğv edib. 

Bu fərmana əsasən Amerikanın müxtəlif ştatlarının istixana qazlarına nəzarət mexanizmi, dövlətin nəzarətində olan torpaqların daş kömür mədənlərinin yaradılması üçün satışına qadağa və istilik stansiyalarının inşasına qoyulan məhdudiyyətlər aradan qaldırılır.