Amerikalılar Trampın rəftarlarından narazıdırlar
https://azeri.sahartv.ir/news/dünya-i264286-amerikalılar_trampın_rəftarlarından_narazıdırlar
Son rəy sorğularına əsasən amerikalılar bu ölkə prezidenti Donald Trampın siyasətlərindən narazıdırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2017 13:19 Asia/Baku
  • Amerikalılar Trampın rəftarlarından narazıdırlar

Son rəy sorğularına əsasən amerikalılar bu ölkə prezidenti Donald Trampın siyasətlərindən narazıdırlar.

PressTV-nin verdiyi məlumata görə, Mc-Klaçi Merist müəssisəsi tərəfindən aparılan son rəy sorğusuna görə, respondentlərin 59%-i ABŞ prezidenti Donald Trampın bir tacir kimi davranmasını rüsvayçılıq hesab edir.

Respondentlərin 60%-i isə Tramp və hökumətinin xalqa dəqiq informasiya və statistikaların təqdim edilməsində etibarlı mənbə olmadığına inanır.

Rəy sorğusunda iştirak edənlərin çoxu bildirib ki, Tramp ilə bağlı malik olduqları mənfi düşüncə və təsəvvürlər onun əxlaqsız tvittlərinə qayıdır.

23-26 mart tarixində aparılan bu rəy sorğusu telefon vasitəsi ilə təqribən 1000 vətəndaş arasında həyata keçirilib.

Daha öncə amerikalı siyasətçilər Donald Trampın prezident seçkilərində qələbə çalmasının ardınca onun gərginlik yaradacaq siyasətləri barədə xəbərdarlıq etmişdilər.