Apr 05, 2017 12:34 Asia/Baku
  • Fransa prezidentliyinin namizədləri bir-birlərinin mövqelərini tənqid edir
    Fransa prezidentliyinin namizədləri bir-birlərinin mövqelərini tənqid edir

Fransa prezidentliyinə 11 namizəd tele-debatda bir-birlərinin mövqeləri, hökumətin addımları və Avropa Birliyinin siyasətlərini tənqid edib.

İRNA-nın məlumatına görə, çərşənbə axşamı gecə keçirilən Fransa prezidentliyinə namizədlərin tele-debatında "kiçik namizədlər" səsləri 5%-i keçmənən namizədlərin iştirakı debatın diqqəti cəlb edəcək məsələlərindən olub. 

Kapitalizmə qarşı Yeni Partiyanın namizədi Filip Poto, Respublikaçılar partiyasının namizədi Fransua Fion və sağçı Milli Cəbhə Partiyasının namizədi Marin Lö Pen  korrupsiya ittihamlarına görə, tənqid atəşinə tutulub. 

İş yerlərinin yaradılmasında hökumətin acizliyi, Fransanın ictimai sığorta quruluşunun vəziyyəti və vətəndaşların təhlükəsizliyinin təmin olunması tele-debatın əsas məsələsi olub. 

Marin Lö Pen də əcnəbilərin girişinin qarşısını almaq üçün ölkə sərhədlərinin bağlanması və bütün məsələlərdə fransızlar üçün prioritetin nəzərdə tutulmasını vurğulayıb. 

Nikola Depon İnyan, Marin Lö Pen və Jak Şuminad da Fransanın ictimai və iqtisadi vəziyyətində Avropa qurumlarının məsuliyyət daşıdığını bildirib və Avropa Birliyindən çıxmaq üçün referendumun keçirilməsini istəyiblər. 

Fransada prezident seçkiləri 2017-ci il aprel ayında keçiriləcək. Namizədlərdən birinin səs çoxluğunu əldə etmədiyi halda öndə gedən iki namizəd may ayında ikinci turda prezidentlik uğrunda mübarizə aparacaq. 

Teqlər