Trampın ABŞ Milli Təhlükəsizlik Şurasında gözlənilməz dəyişikliyi
https://azeri.sahartv.ir/news/dünya-i264744-trampın_abŞ_milli_təhlükəsizlik_Şurasında_gözlənilməz_dəyişikliyi
ABŞ prezidenti Ağ evin birinci strateqini bu ölkənin Milli Təhlükəsizlik Şurasından kənarlaşdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2017 08:14 Asia/Baku
  • Trampın ABŞ Milli Təhlükəsizlik Şurasında gözlənilməz dəyişikliyi
    Trampın ABŞ Milli Təhlükəsizlik Şurasında gözlənilməz dəyişikliyi

ABŞ prezidenti Ağ evin birinci strateqini bu ölkənin Milli Təhlükəsizlik Şurasından kənarlaşdırıb.

Blomberq xəbər portalının verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp dünən bu ölkənin Milli Təhlükəsizlik Şurasında dəyişiklik edib və gözlənilməz bir qərarla Ağ evin birinci strateqi Stefan Bannonu bu şuradan kənarlaşdırıb. 

Məlumata görə, Bannonun Trampa nüfuzu o qədər çox olmuşdur ki, bəzi tənqidçilər əslində onun ABŞ prezidenti olduğunu deyirdilər. 

Məlumatlı qaynaqlar bildiriblər ki, Tramp özünün daxili təhlükəsizlik üzrə müşaviri Tom Bossertin mövqeyini də sarsıdıb.

Eyni zamanda ABŞ-ın Milli Təhlükəsizlik Şurasının iclaslarının gündəliyini müəyyənləşdirmək məsuliyyəti Dövlət müşaviri Mak Masterin üzərinə qoyulub. 

Tramp prezidentliyi dövrünün əvvəllərində bir çox tənqidlərə səbəb olan bir hərəkətdə Amerikanın Milli Təhlükəsizlik Şurasının tərkibini dəyişdi və Stefan Bannon da daxil bir neçə nəfəri şuraya əlavə etdi. 

ABŞ prezidenti bu dəyişikliklə demək olar ki, təhlükəsizlik şurasının tərkibini ənənəvi formaya qaytarmış oldu.