Tramp: Suriyaya qarşı hərbi addımlar bitməyibdir
-
Tramp: Suriyaya qarşı hərbi addımlar bitməyibdir
ABŞ prezidenti deyib ki, Vaşinqton lazım gələrsə, Suriyada daha artıq hərbi addımlar atacaqdır.
Sputnik xəbər agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp şənbə günü konqresə ünvanladığı bir məktubda rəsmi şəkildə özünün Suriyadakı hərbi addımları barədə konqresmenləri məlumatlandırıb. O, bu məktubda bir daha Suriya hökumətinin kimyəvi silahlardan istifadə etməsinə dair əsassız iddianı irəli sürüb.
Tramp heç bir fakt irəli sürmədən iddia edib ki, rəsmi Dəməşq Suriyanın Hums vilayətində yerləşən Əlşuəyrat hava bazasından kimyəvi hücumlar üçün istifadə edibdir.
Amerika prezidenti bu aviabazaya hücumda məqsədi, "Suriya silahlı qüvvələrinin kimyəvi hücumlar həyata keçirmək üzrə gücünü azaltmaq və bu ölkə hökumətini kimyəvi silahlardan istifadə və ya bu silahları genişləndirməkdən çəkindirmək" adlandırıb.
Amerikanın Əfqanıstan və İraqdakı hərbi müdaxilələri təcrübəsinin həmin ölkələrdə böhran və çaxnaşmaların meydana gəlməsindən xəbər verdiyi bir halda, Donald Tramp konqresə ünvanladığı məktubda iddia edibdir ki, Vaşinqtonun bu addımı sabitliyin regiona qayıtmasına kömək edəcək.