Trampın ekskursiyalarının başgicəlləndirici xərcləri
-
Trampın ekskursiyalarının başgicəlləndirici xərcləri
Amerika prezidentinin ekskursiyalarının başgicəlləndirici xərclərinin bu ölkənin ümumi büdcəsinə əlavə edilməsi amerikalı siyasətçilərin nigarançılığına bais olubdur.
Londonda çıxan İndipendent qəzeti bu gün bir reportajda yazıb: Amerika prezidenti Donald Trampın ekskursiyalarının xərcləri o qədər artıbdır ki, bu prosesin davam edəcəyi halda, onun prezidentliyinin ilk on ayının xərci sabiq prezident Barak Obamanın səkkiz il prezidentlik dövrünün xərcinə bərabərlik edəcəkdir.
Bu reportajda deyilir: Donald Trampın Floridadakı iqamətgahına olan ekskursiyaları indiyədək amerikalı vergi ödəyənlər üçün azı 24 milyon dollar xərc gətirib, halbuki bu məbləğ Barak Obamanın prezidentlik dövrünün təqribən iki ilinin xərcinə bərabərdir.
Təxminlərə əsasən, Trampın hər bir ekskursiyası təhlükəsizlik tədbirləri ucbatından minimum üç milyon dollar xərc gətirir.
Həmçinin Amerika dövlətinin ümumi büdcəsinin başlıca hissəsi Donald Trampın ailə üzvlərinin təhlükəsizlik mühafizələri üçün xərclənir.