Apr 11, 2017 20:54 Asia/Baku
  • Putin: Terrorizmi məhv etməyin yeganə yolu beynəlxalq əməkdaşlıqdır

Rusiya prezidenti terrorizmi məhv etməyin yeganə yolunu beynəlxalq əməkdaşlıq adlandırıb.

Rusiya Əl-Yəum informasiya agentliyinin verdiyi məlumata görə, Vladimir Putin çərşənbə axşamı Moskvada İtaliya prezidenti Serciyo Matarla ilə birgə mətbuat konfransında deyib: Terrorizm bu gün dünyada ən ciddi problem və təhdid sayılır və onunla mübarizənin yeganə yolu beynəlxalq səviyyədə əməkdaşlığın edilməsidir.

Putin BMT-nin Suriyanın Xan Şeyxun şəhərinə edilmiş kimyəvi hücumla bağlı araşdırmalar aparmasına təkid edərək, deyib: Terrorçular və onları himayə edənlər Suriyada gərginliyin və kimyəvi hücumların davam etməsinə çalışırlar.

Rusiya prezidenti həmçinin deyib: ABŞ-ın Suriyaya raket hücumu İraqda kütləvi qırğın silahlarının olması ilə bağlı yalan iddiaları xatırladır.

Teqlər