Tramp: Ermənilərin qırğın edilməsi ən pis kütləvi zorakılıq olubdur
-
Tramp: Ermənilərin qırğın edilməsi ən pis kütləvi zorakılıq olubdur
ABŞ prezidenti osmanlı dövründə ermənilərin qırğın edilməsini 20-ci əsrin ən pis kütləvi zorakılığı adlandırıb.
Frans-Press-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp dünən 1915-ci il aprel erməni qırğınının ildönümü günü münasibətilə yaydığı bəyanatda Amerikada və bütün dünyada yaşayan ermənilərin qəminə şərik olubdur.
ABŞ prezidenti eyni zamanda ermənilərin qırğın edilməsi haqda genosid ifadəsindən istifadə etməkdən çəkinibdir. ABŞ prezidentinin sözləri Ankara rəsmilərini hiddətləndiribdir.
Ermənilər iddia edirlər ki, Türkiyədə osmanlı imperiyasının sonunda 1 milyon 500 minə yaxın erməni qətli-am edilibdir.
Türkiyə dövləti erməni soyqırımını rədd edərək, bu qənaətdədir ki, Türkiyədə osmanlı imperiyası dövründə qıtlıq üzündən, həmçinin vətəndaş savaşında 300-500 min erməni və elə həmin miqdarda da türk ölübdür.