Braziliyada qırmızıdərililər aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/dünya-i267092-braziliyada_qırmızıdərililər_aksiya_keçiriblər
Braziliyada minlərlə qırmızıdərili bu ölkə parlamenti binası qarşısında etiraz nümayişləri keçirərkən aksiyaçılarla təhlükəsizlik qüvvələri arasında insident baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2017 06:20 Asia/Baku
  • Braziliyada qırmızıdərililər aksiya keçiriblər
    Braziliyada qırmızıdərililər aksiya keçiriblər

Braziliyada minlərlə qırmızıdərili bu ölkə parlamenti binası qarşısında etiraz nümayişləri keçirərkən aksiyaçılarla təhlükəsizlik qüvvələri arasında insident baş verib.

FransPress-in verdiyi məlumata görə, Braziliya qırmızıdərililərinin dünənki aksiyasında təhlükəsizlik qüvvələri simvolik tabutlar daşıyan, əllərində ox və kaman götürən kişiləri, parlament binasına yaxınlaşmaq istəyərkən repressiyaya məruz qoyublar. 

Braziliya qırmızıdərililəri yerli əhalinin hüquqlarının təmini məqsədi ilə bir həftəlik siyasi və mədəni fəaliyyət proqramı çərçivəsində aksiya keçiriblər. 

Braziliya qırmızıdərililəri onlarla ölkənin digər sakinləri arasında ayrı-seçkiliklərə son qoyulmasını, qırmızıdərililərin əsas insani hüquqlarının təmin olunmasını istəyirlər.