Tramp: Real silahlıların Ağ evdə ral himayədarları var
https://azeri.sahartv.ir/news/dünya-i267480-tramp_real_silahlıların_ağ_evdə_ral_himayədarları_var
Amerika prezidenti ölkəsindəki silahlılara xitabən deyib: Amerikalı silahlılara 8 illik təzyiqlərə son qoyuldu və bu gün onların Ağ evdə həqiqi himayədarları var.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2017 06:55 Asia/Baku
  • Tramp: Real silahlıların Ağ evdə ral himayədarları var
    Tramp: Real silahlıların Ağ evdə ral himayədarları var

Amerika prezidenti ölkəsindəki silahlılara xitabən deyib: Amerikalı silahlılara 8 illik təzyiqlərə son qoyuldu və bu gün onların Ağ evdə həqiqi himayədarları var.

İRNA-nın verdiyi məlumata görə, Donald Tramp dünən Amerika silahlıları milli cəmiyyətində etdiyi çıxışında deyib: Son 8 ildə Amerikada silah sahiblərinin hüquqlarına göz yumulurdu. 

Seçki kampaniyası dövründə Amerika silahlıları milli cəmiyyəti tərəfindən geniş dəstək alan Tramp deyib: Amerikalı silah sahiblərinin hüquqlarını himayə üzrə çoxlu sayda layihələr tənzimləməkdəyəm. 

Amerikada silahlılar milli cəmiyyəti Trampın seçilməsi və respublikaçıların konqresdə əksəriyyətdə qalmaları üçün 36 milyon dollar xərcləmişdir. 

Hər il Amerikada minlərlə insan odlu silahdan açılan atəş nəticəsində həyatlarını itirir və yaxud yaralanırlar. 

Rəsmi məlumatlara görə, Amerikada 270-300 milyon odlu silah var, başqa sözlə adam başına bir silah düşür. 

Amerikada vətəndaş hüquqlarını müdafiə qruplarının tələblərinə rəğmən, bu ölkədə silah lobbisinin güclü olduğuna görə ABŞ-ın keçmiş hökuməti ölkədə silah satışına məhdudiyyət qoyulması üçün lazımı qanunlar qəbul edə bilmədi.