Apr 30, 2017 14:04 Asia/Baku
  • Lepen Fransanın milli pul vahidinin bərpa edilməsini istədi
    Lepen Fransanın milli pul vahidinin bərpa edilməsini istədi

Fransada prezident seçkiləri namizədlərindən olan Mari Lepen yenidən milli pul vahidindən istifadənin edilməsini təklif edib.

İfratçı sağçılar partiyasının Fransa prezident seçkilərindəki namizədi bazar günü Le-Parisen qəzeti ilə müsahibədə deyib: Avropanın pul vahidi olan "Avro" ölüb və Fransa öz milli pul vahidini bərpa etməlidir.

İfratçı sağçılar partiyasının nümayəndəsi daha sonra prezident seçkilərində qələbə çalacağı təqdirdə 2018-ci ilin ilk yarısında Fransanın Avropa Birliyindən çıxması məsələsini qaldıracağını və bu xüsusda referendum keçirəcəyini bildirib.

Fransada keçirilən prezident seçkilərinin birinci mərhələsində müstəqil namizəd Emanuel Makron və ifratçı sağçı partiyasının nümayəndəsi Mari Lepen seçkilərin ikinci mərhələsində iştiraka vəsiqə əldə ediblər. Seçkilərin 2-ci mərhələsi Mayın 7-də keçirilməlidir.

Teqlər