2018-ci il seçkiləri üçün Putin rəqibsizdir
-
2018-ci il seçkiləri üçün Putin rəqibsizdir
Rusiyada həyata keçirilən son rəy sorğularının nəticələrinə görə, Rusiyanın prezidenti Vladimir Putun 2018-ci il prezident seçkilərinə qatılarsa rəqibsiz olacaq.
İRNA-nın verdiyi məlumata görə, bu gün yayılan Luada Senter rəy sorğusu mərkəzinin layihəsinin nəticələrinə görə, Rusiya xalqının 48 faizi Vladimir Putinə səs verəcək.
Respandentlər Kommunist partiyasının sədri Gennadi Zyuqanov və Liberal Demokrat Partiyasının lideri Vladimir Jrinovskiyə hər birinə 3 faiz səs verəcək və qeyri-qanuni olan Proqres Partiyasının sədri Alleksi Navalni də sadəcə səslərin 1 faizini qazanmaq şansına malik olacaq.
Rusiya xalqının 19 faizi də hələ kimə səs verəcəkləri barədə qərara gəlməyib.
Hələ Putin qarşıdakı prezident seçkilərinə namizədliyini irəli sürəcəyini qəti bildirməyib.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov isə Putinin 2018-ci il prezident seçkilərinə qatılacağı ehtimalını istisna etməyib.
Rusiyada 6-cı prezident seçkiləri 2018-ci il mart ayında keçiriləcək.