Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
May 03, 2017 20:56 Asia/Baku
-
Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
Prezident seçkiləri ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir.
Röyters-in verdiyi məlumata görə, Fransanın Müdafiə Nazirliyində bir məlumatlı mənbə bu gün Parisdə təhlükəsizlik səviyyəsinin artırılmasından xəbər verərək, bunun prezident seçkilərinin 2-ci mərhələsinin yaxınlaşması ilə əlaqədar olduğunu bildirib.
Parisdə təhlükəsizliyi təmin etmək üçün 3500 hərbçi tam hazır vəziyyətə gətirilib.
Fransada prezident seçkilərinin ikinci mərhələsi bazar günü 7 May tarixində keçiriləcək.