Fransalılar prezident seçkiləri barədə tərəddüd edirlər
May 04, 2017 19:29 Asia/Baku
-
Fransalılar prezident seçkiləri barədə tərəddüd edirlər
Fransa prezident seçkilərinin ikinci raunduna iki gün qalır. Rəy sorğuları göstərir ki, milyonlarla fransalı hələ bu seçkilərdə iştirak və ya nəzərdə tutduğu namizəd barədə tərəddüd keçirir.
Frans-Press-in məlumatına görə, hər on fransalıdan yeddisi mötədil Emmanuel Makron ilə ifratçı sağçı Marin Lupen arasından birini seçməyə məcbur olmasından narazıdır.
Hər dörd fransalıdan təqribən biri də ehtimal üzrə seçkilərdə iştirak etməyəcək.
Fransadakı mühüm sindikatlar da bu həftənin əvvəllərində hər iki namizəddən narazılıq əlaməti olaraq, aksiya keçiriblər. Aksiyada "Nə Makron, Nə Lupen!" və "Nə Vəba, Nə Taun!" şüarları səsləndirilib.
Fransa prezident seçkilərinin ikinci raundu mayın 7-də keçiriləcək.