Amerikalılar Trampın anti-İran siyasətlərilə müxalifdirlər
Son rəy sorğusunun nəticələri göstərir ki, amerikalıların qırx faizindən çoxu ABŞ prezidentinin anti-İran siyasətlərilə müxalifdir.
Foks-Nyus informasiya kanalının apardığı rəy sorğusunun nəticələrinə görə, Amerika vətəndaşlarının 44%-i bu ölkə prezidenti Donald Trampın anti-İran siyasətlərini təsdiqləmir.
Bu rəy sorğusunun nəticələrinə görə, respondentlərin 43%-i Trampın anti-İran siyasətlərini təsdiqləyir. Respondentlərin on üç faizi də "bilmirəm" seçimindən istifadə edibdir.
Amerika prezidenti Donald Trampın təşkil etdiyi hökumətin fəaliyyətindən yüz günün keçməsinə əsasən, daxili və beynəlxalq siyasətlərin müəyyən edilməməsi amerikalı rəsmilərin qərarçıxarmalarında bir növ çaş-başlıqdan xəbər verir.
Ağ Ev başçılarının anti-İran siyasətləri də Amerikanın ümumi fikrində heç bir yerə malik deyildir.
Bu rəy sorğusunun nəticələri 2017-ci il aprelin 27-də yayılıbdır.