Lavrov Putin-Tramp görüşünün önəmini vurğulayıb
https://azeri.sahartv.ir/news/dünya-i268392-lavrov_putin_tramp_görüşünün_önəmini_vurğulayıb
Rusiyanın xarici işlər naziri vurğulayıb ki, bu ölkənin və Amerikanın prezidentlərinin görüşü nümayişkaranə bir görüş deyil və əyani nəticələrə malik olacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 07, 2017 15:49 Asia/Baku
  • Lavrov Putin-Tramp görüşünün önəmini vurğulayıb
    Lavrov Putin-Tramp görüşünün önəmini vurğulayıb

Rusiyanın xarici işlər naziri vurğulayıb ki, bu ölkənin və Amerikanın prezidentlərinin görüşü nümayişkaranə bir görüş deyil və əyani nəticələrə malik olacaqdır.

TASS-ın məlumatına görə, Sergey Lavrov bu gün bir çıxışda söyləyib: Rusiya və Amerika prezidentləri Vladimir Putin və Donald Tramp bir-birilə görüşdə mühüm məsələləri nəzərdən keçirəcəklər.

Lavrovun sözlərinə görə, bu görüşdə böyük ehtimala qarşı beynəlxalq məsələ və problemlər, eləcə də iki ölkə əlaqələri və Moskva ilə Vaşinqton arasındakı əməkdaşlığa nəzər salınacaqdır.

Rusiya və Amerika prezidentləri iyulda Almaniyanın Hamburq şəhərində keçiriləcək 20-lər qrupunun sammiti kənarında görüşməlidirlər.