Rusiya təhdidlərlə qarşılaşmağa hazırdır
May 09, 2017 11:55 Asia/Baku
-
Rusiya təhdidlərlə qarşılaşmağa hazırdır
Rusiya prezidenti bu ölkənin silahlı qüvvələrinin təhdidlərlə qarşılaşmağa hazır olduğunu deyib.
İRİB-nin verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada qələbə paradında etdiyi çıxışında deyib: Rusiyanın silahlı qüvvələri hərhansı təhdidlə qarşılaşmağa tam hazırdır.
Rusiya prezidenti terrorizm ilə mübarizə üçün ölkəsinin hərbi gücünün artırılmasından da xəbər verib.
Keçmiş SSRİ-nin 2-ci dünya müharibəsində faşizmə qələbəsinin 72-ci ildönümü münasibəti ilə keçirilən qələbə paradı mərasimi Rusiya prezidentinin iştirakı ilə keçirilib. Bu paradda Rusiyanın ən muasir hərbi təchizatları nümayiş etdirilib.
Teqlər