May 12, 2017 19:45 Asia/Baku
  • Yaponiya və Cənubi Koreya başçıları Şimali Koreya məsələsində razılığa gəliblər
    Yaponiya və Cənubi Koreya başçıları Şimali Koreya məsələsində razılığa gəliblər

Yaponianın baş naziri və Cənubi Koreyanın yeni prezidenti Şimali Koreyanın nüvə və raket proqramları ilə bağlı problemlərin həllində birgə əməkdaşlıq barədə razılığa gəliblər.

Röyters-in məlumatına görə, Yaponiyanın dövlət sözçüsü deyib: Yaponiyanın baş naziri Şinzo Abe və Cənubi Koreyanın  yeni prezidenti Mun Şimali Koreyanın nüvə və raket proqramı ilə bağlı mövcud problemlərin həlli istiqamətində sıx və yaxın əməkdaşlıq barədə razılığa gəliblər. 

Bu telefon söhbətində tərəflər həmçinin, mümkün olan ən yaxın zamanda ikitərəfli bir görüşün keçirilməsi barədə razılığa gəliblər. 

Cənubi Koreyanın yeni prezidenti bundan öncə də Amerika və Çin prezidentləri ilə telefon əlaqəsi saxlamışdı. 

Cənubi Koreyanın yeni prezidenti çərşənbə axşamı inauqurasiya mərasimində iştirak etdikdən sonra şimal qonşusu ilə görüşə maraqlı olması barədə əlavə izahat vermək istəməsə də, deyilənlərə görə, O. öncəki prezident ilə müqayisədə Şimali Koreya və onun nüvə proqramları barədə fikir bildirmələrdə daha mülayim tona malikdir. 

Teqlər