Tramp və səud şahzadəsi dünyanın ən təhlükəli adamlarıdırlar
https://azeri.sahartv.ir/news/dünya-i269082-tramp_və_səud_şahzadəsi_dünyanın_ən_təhlükəli_adamlarıdırlar
Londonda çıxan İndipendent qəzeti ABŞ prezidenti Donald Trampı və Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanı dünyanın ən təhlükəli adamları adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 13, 2017 15:06 Asia/Baku
  • Tramp və səud şahzadəsi dünyanın ən təhlükəli adamlarıdırlar

Londonda çıxan İndipendent qəzeti ABŞ prezidenti Donald Trampı və Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanı dünyanın ən təhlükəli adamları adlandırıb.

İndipendent qəzeti saytının yazdığına görə, aparılmış rəy sorğusuna əsasən, Tramp yer kürəsində ən təhlükəli adamdır və o, gələn həftə özündən sonra qətiyyətlə dünayada 2-ci səbatsızlıq amili olan Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın görüşünə gedəcəkdir.

İndipendent qəzeti saytının yazdığına görə, 31 yaşlı Muhəmməd bin Salman 81 yaşlı atasının cismani zəifliyi səbəbindən əslində Ərəbistanın əsas hökmranıdır. O, bu hökmranlığa yiyələndiyi iki il yarım ərzində yürütdüyü qeyri-düzgün mühakimələri, aqressiyası və naşılığına görə, məşhur olubdur.

İndipendent əlavə edib: Ərəbistanın həm də müdafiə naziri olan şahzadə Salman Suriyanın işlərinə qarışmaqdan əlavə, 2015-ci ildə Yəməndə də savaş törədibdir ki, bu savaş hələ də davam etməkdədir və 17 milyon nəfəri qıtlıq astanasında qoyubdur. Onun və Trampın səhvlərinin qarışığından bir partlayış qarışığı əmələ gəlir ki, bu da dünyanın ən səbatsız bölgəsini təhdid qarşısında qoymuş olur.