Putin Rusiyanın iqtisadi təhlükəsizlik strategiyasını təsdiqləyib
https://azeri.sahartv.ir/news/dünya-i269310-putin_rusiyanın_iqtisadi_təhlükəsizlik_strategiyasını_təsdiqləyib
Rusiya prezidenti Vladimir Putin 2030-cu ilə bu ölkənin iqtisadi təhlükəsizlik strateji proqramını təsdiqləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2017 16:29 Asia/Baku
  • Putin Rusiyanın iqtisadi təhlükəsizlik strategiyasını təsdiqləyib
    Putin Rusiyanın iqtisadi təhlükəsizlik strategiyasını təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin 2030-cu ilə bu ölkənin iqtisadi təhlükəsizlik strateji proqramını təsdiqləyib.

İSNA-nın məlumatına görə, bazar ertəsi günü Rusiya dövlət saytında yerləşdirilən bu qanuni qərarda hökumət üç ayda təşkilati, qanuni, hüquqi, eləcə də icra üzrə lazımi addımları atmalıdır. 

Bu qərarda Rusiyanın önəmli iqtisadi təhdid və problemlərinə toxunulub və hökumətdən istənilib ki, bu strateji proqrama əsasən, onlara nəzarət etmək üçün addım atsın. 

Qərara əsasən, Rusiyanın 13 illik iqtisadi təhlükəsizlik strategiyası iqtisdi təhlükəsizlik problemləri və təhdidləri ilə mübarizə yolları, ehtiyatlar, istehsalat, elmlər, texnologiya və maliyyə sahələrində böhranın qarşısını almağa çalşacaq. 

Rusiyanın son iqtisadi təhlükəsizlik strategiyası 1996-cı ildə təsdiqlənib.