Amerikalı senatorlar Trampı kəskin qınayıblar
-
Amerikalı senatorlar Trampı kəskin qınayıblar
İki demokrat senator Amerika prezidentinin gizli infarmasiyaları Rusiyaya ötürməsini kəskin pisləyib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Senatın informasiya komitəsinin üzvü olan demokrat senator Mark Varner deyib: Donald Trampıın gizli məlumatları Rusiyaya ötürməsi barədə ittihamlar təsdiqini taparsa ABŞ-ın kəşfiyyat sisteminin etibarsızlığını göstərmiş olacaq.
Amerika mediyaları bildiriblər ki, Donald Tramp ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşündə terrorçu İŞİD qrupu ilə əlaqədar gizli məlumatları ona verib.
ABŞ milli təhlükəsizlik müşaviri Herbert Mak Mestr bu mövzuya münasibət bildirərkən deyib: Tramp sadəcə təhdidlərin mahiyyətini və Amerikanın İŞİD-ə qarşı imkanlarından danışdı və gizli məlumatların Rusiyaya ötürülməsi iddiası həqiqəti əks etdirmir.