Trampın rüsvayçılıqlarının nəticəsi
Amerikalı sərmayə sahiblərinin Federal Təhqiqat Bürosu- FTB-nin sabiq rəisinin kənarlaşdırılmasından irəli gələn siyasi qalmaqaldan nigaran olmaları bu ölkənin qiymətli kağızlar bazarını dəyişkən duruma salıbdır.
Ceyms Kominin kənarlaşdırılmasının dəlilləri üstündə qarşıdurmaların artması Nyu-York birjasında səhmlər göstəricisinin son dərəcə azalmasına bais olubdur.
Nyu-York birjasında dünənki sövdələşmələrin sonunda "Dav Cons" səhmləri göstəricisinin dəyəri 372-dən çox vahid qədər tənəzzül edərək, 20 min 606 vahidə endi ki, bu da 1,78 faiz tənəzzüldən xəbər verir.
Nezdek paylar göstəricisi də 158 vahid süqut edərək, 6011-ə enibdir.
Amerikalı sərmayə sahibləri ondan ehtiyat edirlər ki, Trampın mövqeyinin zəifləməsilə o, Amerikanın iqtisadi sistemində verdiyi vədlərin icrasında aciz qalmış olsun.
Tramp ötən ay vəd verdi ki, Amerikanın vergi sistemində böyük islahatlar apararaq, bu ölkədə vergilərin azaldılması istiqamətində addımlar atacaqdır.
ABŞ prezidenti öz köməkçilərinə göstəriş veribdir ki, şirkətlərin gəlirə olan vergilərinin hazırkı 35 faizdən 15 faizə endirilməsi üçün təcili tədbirlər görsünlər.
Amma Ceyms Kominin Federal Təhqiqat Bürosunun rəisliyindən uzaqlaşdırılması Birləşmiş Ştatlarda böyük qalmaqala səbəb olubdur.
Bu qalmaqaldan sonra Amerikada başqa bir mövzu dillərə düşübdür. Ötən bazar ertəsi günü yayılan xəbərlərə görə, Donald Tramp Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə ona gizli informasiyalar ötürübdür.
Hazırda amerikalı sərmayə sahibləri ondan qorxurlar ki, Trampın siyasi rüsvayçılıqlarının artması onun vəd verdiyi iqtisadi və vergi islahatları sürətinin azalmasına gətirib çıxaracaq və ya hətta Trampın impiçment edilməsi prosesinin başlanması ilə nəticələnəcək.