Twitterin banisi Trampın prezident olmasından təəssüflənib
May 21, 2017 17:08 Asia/Baku
-
Twitterin banisi Trampın prezident olmasından təəssüflənib
Twitterin banisi Trampın prezident olmasında bu ictimai şəbəkənin roluna görə üzr istəyib.
İRİB-in məlumatına görə, Twitter ictimai şəbəkəsinin banisi və sabiq direktoru Evan Uilyams Nyu-York Times-la müsahibədə bu ictimai şəbəkənin Donald Trampın ABŞ prezidenti seçilməsində təsirli ola biləcək rol oynamasına görə üzr istəyib.
Twitterin banisi deyib: Twitter olmadan Trampın ABŞ prezidenti ola bilməyəcəyi dəqiq olarsa, doğrudan da utanır.
Tramp iki ay öncə işarə edib ki, Twitter onun seçkilərdə qələbə çalmasında əsaslı rola malik olub.
İndependent qəzeti də şənbə günü bildirib: Tramp ABŞ prezident seçkilərində Respublikaçıların namizədi elan olunmazdan bir müddət öncə Twitterin fəal istifadəçilərindən biri hesab olunurdu.
Teqlər