Tramp İranı təcrid etməkdə acizdir
May 24, 2017 18:08 Asia/Baku
-
Donald Tramp
ABŞ qəzeti yazıb: İran İslam Respublikası elə bir səviyyədədir ki, ABŞ prezidenti bu ölkəni təcrid edə bilməz.
Nyu York Times qəzeti çərşənbə günü bir məqalədə bildirib: ABŞ prezidentinin İranı təcrid etmək və səudiyyəlilərə xidmət siyasəti yanlış və nəticəsiz strategiyadır.
Məqalədə bildirilir: Ərəbistan krallığı bölgədə bütün terror qrupları, o cümlədən İŞİD-in büdcəsini təmin edir.
Qəzet yazır: Donald Trampın Səudiyyə Ərəbistanı hökuməti ilə əlbirliyinin qara üzü o zaman görünür ki, qadınlar üçün minimum insan haqları nəzərdə tutmayan dikdatorların yanında durasan.
Qəzetin yazdığına görə, Donald Trampın sionist rejim və Fələstin arasındakı saziş müzakirələrini irəlilətmək üzrə səyləri nəticəsiz olmuşdur.
Teqlər