Moskvada tufan tələfata səbəb olub
https://azeri.sahartv.ir/news/dünya-i271072-moskvada_tufan_tələfata_səbəb_olub
Moskvada baş vermiş tufan nəticəsində 13 nəfər ölüb, onlarla nəfər də bədən xəsarəti alıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2017 03:32 Asia/Baku
  • Moskvada tufan tələfata səbəb olub
    Moskvada tufan tələfata səbəb olub

Moskvada baş vermiş tufan nəticəsində 13 nəfər ölüb, onlarla nəfər də bədən xəsarəti alıbdır.

Frans-Press-in məlumatına görə, araşdırmaların nəticələri göstərir ki, tələfatlara əsas səbəb, ağac və müxtəlif qurğuların süqut etmələri olubdur.

Bu məlumata görə, Moskvada baş vermiş tufan nəticəsində azı əlli nəfər də  bədən xəsarəti alıbdır ki, onların on bir nəfərinin durumu ağır elan olunubdur.

Rusiya hidrometerologiya idarəsinin məlumatına görə, dünən Moskvada əsən küləyin sürəti təqribən saatda səksən kilometr olub və tufanın qarşıdakı saatlarda təkrarlanması ehtimal edilir.