Trampın məntiqsiz davranışı
May 31, 2017 04:43 Asia/Baku
Britaniyanın bir qəzeti yazıb: ABŞ prezidenti xarici səfərlərində məntiqsiz şəkildə davranır.
Britaniyanın İndependent qəzeti bir məqalədə ABŞ prezidenti Donald Trampın son xarici səfərinə toxunub: Avropa səfərində Trampın diplomatik etikadan kənar davranışları Almaniya kansleri Angella Merkelin ABŞ və Avropa birliyinin sonunu elan etməsi ilə nəticələndi.
Bu məqalədə bildirilir: Tramp Səudiyyə Ərəbistanına səfərində səudiyyəlilərin Yəməndə insan haqlarını pozmasına heç bir münasibət bildirmədi.
ABŞ-ın USA Today qəzeti də bir məqalədə bildirib: Vaşinqtonun müttəfiqləri Trampın Səudiyyə Ərəbistanı və Avropa səfərindən sonra ABŞ-dan uzaqlaşırlar və bu ölkəyə gülərüz göstərmirlər.
Teqlər