İyun 02, 2017 08:53 Asia/Baku
  • ABŞ və Yaponiya Koreya yarımadası yaxınlığında manevr keçiriblər

Amerika və Yaponiyanın hərbi gəmiləri qüdrət nümayişi və Şimali Koreya ilə qarşı durmaq üçün Koreya yarımadası yaxınlığında manevr keçiriblər.

Frans-Press-in məlumatına görə, ABŞ-ın iki təyyarə daşıyan gəmisi bir yapon esmineslə yanaşı dünən Koreya yarımadası yaxınlığında, Yaponiya dənizində birgə dəniz manevri keçirib.

Deyilənlərə görə, bu manevrdə məqsəd, Şimali Koreya ilə qarşıdurmadır və bu istiqamətdə məntəqədə raket sınaqları həyata keçirilir.

Amerika dünən Yaponiya ilə həyata keçirdiyi manevri adi bir təlim-məşq adlandırıb və bildirib ki, onda məqsəd, məntəqədə hərbi hazırlıq və bacarığı artırmaqdır, amma Yaponiya ordusunun başçıları qeyd olunan manevr haqda hər cür fikir bildirməkdən çəkiniblər.

Belə bir halda, Şimali Koreyanın başçıları vurğulayıblar ki, Birləşmiş Ştatların bölgədəki hərbi manevrlərinin davam edəcəyi zamanadək özlərinin raket və atom proqramlarını inkişaf etdirməyi davam etdirəcəklər.

Teqlər