İyun 02, 2017 17:11 Asia/Baku
  • Blumberq: Tramp ABŞ iqtisadiyyatı üçün bir təhdiddir

Blumberq vebsaytı Amerika prezidentinin qalmaqallı siyasətlərini ABŞ iqtisadiyyatı üçün bir təhdid kimi dəyərləndirib.

Blumberq vebsaytı bu gün bir reportajda xəbərdarlıq edib ki, Amerika prezidentinin qalmaqallı siyasətləri və mövqeləri dağıdıcı nəticələr verə bilər. 

Bu reportaj Trampı ABŞ iqtisadiyyatının çaşqın durumda olmasının amili kimi təqdim edərək, yazıb: Ən nikbin vəziyyət budur ki, Tramp yalnız siyasi qalmaqal salsın və təxribatçılıq etməsin, lakin o, ticarət savaşı ifadələri işlədərək, sübut edibdir ki, özünün qalmaqallı mövqeyinə sadiqdir.

Blumberq Amerika büdcəsi və maliyyə ehtiyatlarının qarışıq durumuna, həmçinin ondan irəli gələn amerikalı vergi ödəyənlərin üzərindəki təzyiqə toxunaraq, konqresin nümayəndələr palatası ilə Ağ Ev arasında bu barədə olan ixtilafdan danışıb və xəbərdarlıq edibdir ki, bu durum yaxın gələcəkdə ABŞ iqtisadiyyatına zərər vuracaq.

Bu reportaj birjaları daim Trampın qalmaqallı twitt-lərindən irəli gələn zərərlərə məruz qalan digər bölmələrdən adlandırıb.

Blumberq yazıb: Tramp ABŞ iqtisadiyyatına zərər vuraraq, bu ölkədə təhsil almaq istəyən tələbələr və turistlərin çaş-baş qalmalarına səbəb olubdur.

Teqlər