Nyu-Yorkda Tramp qülləsi önündə etiraz iftarı
https://azeri.sahartv.ir/news/dünya-i271504-nyu_yorkda_tramp_qülləsi_önündə_etiraz_iftarı
Onlarla müsəlman və islamsevər şəxs Nyu-Yorkda yerləşən Tramp qülləsi önündə iftar süfrəsi açaraq, ABŞ hökumətinin islamofob siyasətinə etiraz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2017 14:52 Asia/Baku
  • Nyu-Yorkda Tramp qülləsi önündə etiraz iftarı

Onlarla müsəlman və islamsevər şəxs Nyu-Yorkda yerləşən Tramp qülləsi önündə iftar süfrəsi açaraq, ABŞ hökumətinin islamofob siyasətinə etiraz edib.

Nyu-Yorklu oruclar ABŞ hökumətnin rasist və islamofob siyasətlərinə cavabda dünən axşam Tramp qülləsi önündə su və xurma ilə iftar açıb və şam namazı qılıblar.

Tramp Amerika prezidentlərinin hər il verdikləri kimi ramazan ayı münasibətilə müsəlmanlara verdiyi təbrik müraciətində qeyri-adi bir rəftarda hər bir cümləsində terrorizm və milli təhlükəsizlik kimi ifadələr işlətmişdi.

ABŞ-ın dövlət katibi Reks Tillerson da bildiribdir ki, Ağ Ev 20 illik iftar qonaqlığını ləğv edib və bu il müsəlmanları qəbul etməyəcəkdir.