ABŞ baş prokuroru istefa verdi
https://azeri.sahartv.ir/news/dünya-i272120-abŞ_baş_prokuroru_istefa_verdi
ABŞ-ın baş prokuroru və ədliyyə naziri bu ölkə prezidenti ilə gərginliyə görə istefa verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 07, 2017 07:28 Asia/Baku
  • ABŞ baş prokuroru istefa verdi
    ABŞ baş prokuroru istefa verdi

ABŞ-ın baş prokuroru və ədliyyə naziri bu ölkə prezidenti ilə gərginliyə görə istefa verib.

Wall Street Journal xəbər portalı yazıb: ABŞ prezidenti Donald Tramp hökumətinin baş prokuroru və ədliyyə naziri Cef Seşşions çərşənbə günü Rusiyanın 2016-cı il prezident seçkilərində müdaxiləsi haqda araşdırma barədə Trampla ixtilaf ardınca öz istefa ərizəsini verib. 

Məlumatlı bir mənbə bildirib: Prezident və baş prokuror arasında ağır ixtilaf son həftələrdə Seşşionsun Rusiya haqda araşdırmadan özünü xilas etməsindən sonra yaranıb. 

ABŞ Konqresi ədliyyə nazirinin Rusiyanın Vaşinqtondakı səfiri ilə görüşü və müzakirələri haqda araşdırma aparır. 

Konqresin araşdırmasından əlavə, FTB-də ədliyyə nazirinin Rusiya səfiri ilə görüşləri məsələsini araşdırmaq niyyətindədir. 

Cef Seşşions Rusiya rəsmiləri ilə xüsusi görüşlərini inkar edib.