FTB(FBI)-nin sabiq rəisi: Tramp yalançıdır
https://azeri.sahartv.ir/news/dünya-i272342-ftb(fbi)_nin_sabiq_rəisi_tramp_yalançıdır
Amerika Federal Təhqiqat Bürosunun sabiq rəisi bu ölkə prezidentini yalançılıqda ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2017 04:52 Asia/Baku
  • FTB(FBI)-nin sabiq rəisi: Tramp yalançıdır
    FTB(FBI)-nin sabiq rəisi: Tramp yalançıdır

Amerika Federal Təhqiqat Bürosunun sabiq rəisi bu ölkə prezidentini yalançılıqda ittiham edib.

ISNA-nın məlumatına görə, Ceyms Komi dünən Amerika senatının kəşfiyyat komitəsinin Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi ittihamı barədə gedən təhqiqat prosesinin araşdırılması mehvərli yığıncağında vurğulayıb ki, ABŞ prezidenti tərəfindən vəzifəsindən kənarlaşdırılması hələ onun üçün dərkolunası deyil. O, bildirib ki, Tramp, vəzifəsindən kənarlaşdırıldıqdan sonra ona və Amerika Federal Təhqiqat Bürosuna töhmət vurubdur.

Amerika Federal Təhqiqat Bürosunun sabiq rəisi Trampın ona qarşı sözləri barədə deyib ki, bu sözlər yalan idi.

Donald Tramp ötən ay Ceyms Komini 2016-cı il ABŞ prezident seçkilərinə demokrat namizəd Hillari Klintonun qalmaqallı email-ləri macərasına baxılmasında qeyri-qənaətbəxş fəaliyyətdə ittiham edərək, vəzifəsindən kənarlaşdırdı.

Demokratlar isə deyirlər ki, Kominin vəzifəsindən kənarlaşdırılmasının əsas dəlili, Trampın yaxınlarının Rusiya ilə gizli anlaşmaları ittihamı barədə təhqiqatların davam etdirilməsinə israr etməsi olubdur.

Ceyms Komi vəzifəsindən kənarlaşdırılmasının dəlilinin Rusiya təhqiqatının irəlilədilməsi tərzi ilə bağlı olduğunu təsdiq edərək, bildiribdir ki, bu təhqiqatlar Trampı təzyiq altında qoymuşdu.

Ceyms Komi həmçinin Trampla olan bütün iclas və danışıqlarını protokollaşdırmasının səbəbi ilə bağlı verilən sualın cavabında bildiribdir ki, o, həmin görüşlərdə tək olub və bundan nigaran imiş ki, Tramp ehtimal üzrə bu iclasların məzmunu barədə yalan danışmış olsun.