Yunanıstanda iqtisadi qənaətə etiraz
https://azeri.sahartv.ir/news/dünya-i272522-yunanıstanda_iqtisadi_qənaətə_etiraz
Etirazçılar sərt iqtisadi qənaət proqramına etiraz olaraq Yunanıstan parlamentinin önünə toplaşıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2017 08:21 Asia/Baku
  • Yunanıstanda iqtisadi qənaətə etiraz
    Yunanıstanda iqtisadi qənaətə etiraz

Etirazçılar sərt iqtisadi qənaət proqramına etiraz olaraq Yunanıstan parlamentinin önünə toplaşıblar.

Associated Pressin məlumatına görə, Yunanıstan paytaxtı Afinada etirazçılar parlament binasının önünə toplaşaraq hökumət tərəfindən tənzimlənən yeni sərt iqtisadi qənaət proqramına etirazlarını bildiriblər. 

Etirazçılar kommunistlərin dəstəklədiyi Fəhlə Birliyinin üzvləri olublar. Onlar parlament binasının önündə yerləşdirilən polis məmurlarına doğru balıq konserv qutuları atıblar. 

Bu etiraz aksiyası Yunanıstan parlamentinin balıqçılıq məhdudiyyətləri haqda yeni qanunun araşdırıldığı zaman keçirilib. 

Yunanıstanın solçu hökuməti iqtisadi islahatlar haqda beynəlxalq kreditorlarla razılaşmanı əldə etməyə çalışır. 

Avro zona ölkələrinin maliyyə nazirləri də cümə axşamı günü Brüsseldə bir araya gələrək Yunanıstanın iqtisadi xilas proqramıb arədə danışıqlar aparacaqlar.