ABŞ-ın Apelyasiya Məhkəməsi Trampın yeni miqrasiya fərmanı əleyhinə qərar çıxartdı
https://azeri.sahartv.ir/news/dünya-i272832-abŞ_ın_apelyasiya_məhkəməsi_trampın_yeni_miqrasiya_fərmanı_əleyhinə_qərar_çıxartdı
Kaliforniya Ştatının Apelyasiya Məhkəməsi ABŞ prezidenti Donald Trampın yeni miqrasiya fərmanı əleyhinə qərar qəbul etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2017 06:16 Asia/Baku
  • ABŞ-ın Apelyasiya Məhkəməsi Trampın yeni miqrasiya fərmanı əleyhinə qərar çıxartdı
    ABŞ-ın Apelyasiya Məhkəməsi Trampın yeni miqrasiya fərmanı əleyhinə qərar çıxartdı

Kaliforniya Ştatının Apelyasiya Məhkəməsi ABŞ prezidenti Donald Trampın yeni miqrasiya fərmanı əleyhinə qərar qəbul etdi.

ABŞ Konqresinin informasiya portalının verdiyi məlumata görə, bazar ertəsi günü Kaliforniya Ştatı Apelyasiya Məhkəməsinin 9-cu şöbəsində 3 məhkəmə hakiminin sədrliyi ilə keçirilən məhkəmə iclasında prezident Donald Trampın yeni miqrasiya fərmanı əleyhinə qərar qəbul edilib. Çıxarılan məhkəmə qərarında bildirilir ki, Trampın yeni miqrasiya fərmanında milyonlarla insanın sırf milliyyətinin əsas götürülərək Amerikaya girişinin önlənilməsi üçün hansısa tutarlı dəlil təqdim edilmir. 

Kaliforniya Ştatının Apelyasiya Məhkəməsi bu qərar ilə Havay Ştat Məhkəməsinin Trampın yeni miqrasiya fərmanı əleyhinə qərarını qüvvədə saxlamış olub. 

Amerikalı məhkəmə hakimləri bildiriblər ki, ABŞ prezidentinin səlahiyyətləri qanunla müəyyən edilmiş aydın hüdudlara malikdir. 

ABŞ prezidenti Donald Tramp cari 2017-ci ilin yanvar və mart aylarında bir neçə müsəlman ölkəsi vətəndaşlarının Amerikaya girişini qadağan edən iki fərman imzalamışdı. Amma, bu fərmanların icrası ştat məhkəmə hakimləri tərəfindən durdurulub.