İyun 16, 2017 12:43 Asia/Baku
  • Nyu-Yorkda bir avtomobil piyadaları basıb; on nəfər yaralanıb
    Nyu-Yorkda bir avtomobil piyadaları basıb; on nəfər yaralanıb

Nyu-Yorkun Manhetten məntəqəsində bir avtomobil piyadaların üstünə çıxaraq, on nəfəri yaralayıbdır.

IRNA-nın amerikalı medialara istinadlı məlumatına görə, Nyu-Yorkun Manhetten məntəqəsində bir avtomobil qəfildən istiqamətini dəyişib səkiyə çıxaraq, piyadaları vurub və bu zaman on nəfər yaralanıbdır.

Bu məlumata görə, Nyu-York polis idarəsinin sözçüsü yerli vaxtla cümə axşamı günü bildiribdir ki, yaralılardan biri yaralarının ağırlığı üzündən xəstəxanaya köçürülübdür.

Hələlik polis və ya digər məlumatlı mənbələr tərəfindən bu hadisənin baş verməsinin əsas səbəbi elan olunmayıbdır.

Teqlər