İyun 29, 2017 10:32 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Rusiya prezidenti: Bu ölkə istənilən ehtimali təcavüzlə mübarizə aparmaq və Rusiyanın ərazi bütövlüyü və müstəqilliyini müdafiə etmək üçün öz hərbi qüdrəti və potensialını gücləndirməyi davam etdirir.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Vladimir Putin Moskvada Rusiya Hərbi Akademiyası məzunları ilə toplantıda deyib: Yalnız modern silahla təchiz olunmuş və sürətli hərəkət potensialına malik qüvvə Rusiyanın ərazi bütövlüyü və müstəqilliyinin qorunmasına zəmanət verə, biz və müttəfiqlərimizi istənilən ehtimali təcavüzlər və Rusiyanın müstəqil ölkə olmasını istəməyənlərin təzyiqləri qarşısında dəstəkləyə bilər. 

Putin əlavə edib: Biz silahlı qüvvələr, o cümlədən ordu, Rusiya Dəniz Donanmasının hərbi qüdrətini uzunmüddətli proqramlara əsasən, bütün qüvvələrin koordinasiyası və məqsədyönlü səyinə zəmanət vermək məqsədilə artırmaq niyyətindəyik. 

O bildirib: Rusiya ordusunun gücü son bir neçə il ərzində hiss olunacaq dərəcədə artıb. Rus hərbçilər və zabitlər də püxtələşiblər və bu, Suriyada terrorizmlə mübarizədə müşahidə olunur. 

Teqlər