Trampın qadın jurnalistə gözaltı baxışı qalmaqal yaratdı
https://azeri.sahartv.ir/news/dünya-i274602-trampın_qadın_jurnalistə_gözaltı_baxışı_qalmaqal_yaratdı
Donald Trampın irlandiyalı qadın jurnalistin təbəssümünə qəribə reaksiyası sürətlə ictimai şəbəkələrdə yayılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2017 06:51 Asia/Baku
  • Trampın qadın jurnalistə gözaltı baxışı qalmaqal yaratdı
    Trampın qadın jurnalistə gözaltı baxışı qalmaqal yaratdı

Donald Trampın irlandiyalı qadın jurnalistin təbəssümünə qəribə reaksiyası sürətlə ictimai şəbəkələrdə yayılıb.

ABŞ prezidenti Donald Tramp İrlandiyanın homoseksual baş naziri Leo Varadkarla telefonla söhbət etdiyi zaman Ağ Evdə iş ofisindəki qadın jurnalistin təbəssümünə reaksiya verib. 

Tramp Leo Varadkarı İrlandiya baş naziri vəzifəsinə təyin olunması münasibəti ilə telefonla təbrik edərkən, söhbətinin arasında qəfildən bildirib ki, elə indi çoxlu sayda sizin jurnalistiniz buradadır. 

Tramp sonra Kaytryona Peri adlı qadın jurnalistə işarə edərək deyib: Hardansan? Bura gəl!

Telefon danışığında Tramp İrlandiya baş nazirinə deyib: Bütün irlandiyalı gözəl jurnalistlər buradadır. Bu qadının üzündə gözəl təbəssüm vardır. Arxayınam ki, sizinlə də yaxşı davranacaq. 

Trampın irlandiyalı jurnalistlə bu davranışı bəzi ABŞ vətəndaşlarının ictimai şəbəkədə reaksiya verməsi ilə nəticələnib. Onlar irlandiyalı jurnalistdən bu hərəkətə görə üzr istəyiblər. İrlandiyalı jurnalist də Trampın bu hərəkətini qəribə adlandırıb.